1xeber.media xəbər verir ki,Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi 12M ünvanında yerləşən qeyri-yaşayış sahəsi ətrafında yaranmış vəziyyətlə bağlı təzadlı fikirlər,yeni məlumatlar.təkzib olunmayan faktlar var.
Əldə etdiyimiz məlumata görə sözügedən ərazi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 sentyabr 2019-cu il tarixli çıxarışa əsasən Fərid Eldar oğlu Quliyevin xüsusi mülkiyyətindədir.
Qardaşlar isə ərazinin kimə aid olduğunu bilmədikləri halda özləri demiş ,əşyalarını yavaş-yavaş əraziyə daşıyıb yaşamağa başlayıbıar.
Burada maraqlı bir sual ortaya çıxır.Əgər dedikləri kimi 2017-ci ildə onlara məxsus ev yanıbsa,niyə öz doğma həyatyanı sahələrində yanmış evin yerində ev tikməyib,başqasının mülkiyyətində olan ərazini zəbt edib yaşamaq üçün geceqondu tikiblər?
Rəsmi açıqlamada qeyd olunur ki, Zərdab rayon sakinləri Mahir və Tahir Abuzər oğlu Zalovlar sözügedən ünvanda qeyri-yaşayış sahəsinin həyətyanı hissəsini zəbt edərək qanunsuz tikinti işləri aparıblar. İddialara görə, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, tikinti dayandırılmayıb və ərazi boşaldılmayıb.
Qardaşlar isə onlara heç bir xəbərdarlıq edilmədiyini iddia edirlər.Əldə etdiyimiz görüntülər isə tam əksini deyir.Rəsmi şəkildə göndərilən xəbərdarlıq məktubları məhəl qoyulmadan cırılıb,atılıb.
Məlumata əsasən, sonradan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti, Sabunçu Rayon Polis İdarəsi və digər aidiyyəti qurumların iştirakı ilə həmin tikili sökülüb.
Eyni zamanda televiziya kanallarının birinin hazırladığı xəbərdə qardaşlar müsabiə zamanı bildirirblər ki,ev sökülən zaman onlara məxsus bütün əşyalar dağıdılıb.Lakin evin öncəki və sonrakı halı da bu fikirdə təzadın olduğunu göstərir.Həmçinin bildirilib ki, söküntü aparılan zaman tikili daxilində istifadəyə yararsız bir çarpayı və iki kreslodan başqa əşya tapılmayıb
Məlumdur ki,normal yaşayış üçün ev dediyimiz məkanda sanitar qovşaq,mətbəxt,ən əsası qaz.su olmalıdır.lakin, sökülən tikilidə yaşayış üçün zəruri şərait — sanitar qovşağı, mətbəx, içməli su və kanalizasiya xətti olmayıb.Bir sözlə zəbt olunub,qanunsuz tikinti aparan qardaşların illərdir biz bu evdə yaşayırıq dedikləri ərazi kənardan toyuq hininə bənzəyir.
Yayımlanan kadrlara diqqətlə baxanda aydın görünür ki,tikiliyə yeni artırılan hissə necə deyərlər "tezbazar" tikilib,çünki əllə sökülən bir evin keyfiyyəti də göz önündədir.
Araşdırmamız zamanı maraqlı bir fakt da ortaya çıxdı.Məlum oldu ki,hər iki qardaş vaxtı ilə həbs həyatı yaşayıb. Belə ki,Tahir Zalov 332.2.3 maddəsi ilə 1 il,Mahir Zalov isə 126.1 maddəsi ilə 3 il azadlıqdan məhrum olunublar.
Ev sökülən zaman həyat yoldaşının evdə olduğunu deyən qardaşın isə ilk evliliyindən olan fiziki qüsurlu 2 övladından imtina etdiyi də iddialar arasındadır.Hadisədən 3 gün öncə isə Sumqayıt sakini olan 45-50 yaşlarında bir qadınla ailə quran qardaşın xanımı da söküntü aparılan gün "mənim bu evdə heç bir əşyam yoxdur" deyib sadəcə gödəkcəsini götürüb ərazini tərk ediyi qeyd olunur.
















