"Yaşa görə müavinət pensiya deyil və müavinət olduğuna görə indeksləşdirməyə cəlb olunmur. İndeksləşdirməyə bütün növ əmək pensiyaları cəlb edilir. Bu, yaşa görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası və eləcə də əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızdır. Pensiya indeksləşdirilməsi, əmək pensiyası alan vətəndaşlarımıza şamil olunur".
1xeber.media xəbər verir ki bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.