Amerikalı milyarder, SpaceX şirkətinin qurucusu İlon Mask ABŞ-da yaşayan hər bir uşağa iki şirkət səhmi verməyi vəd edib.
1xeber.media bu barədə o, noyabrın 25-də özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Amerikadakı hər bir uşaq iki SpaceX səhmi alacaq: biri şirkət tərəfindən, digəri isə şəxsən mənim tərəfimdən veriləcək”, – deyə Mask bildirib.
“Life.ru” nəşrinin hesablamalarına görə, təşəbbüs ABŞ-da yaşayan təxminən 72 milyon yetkinlik yaşına çatmamış şəxsi əhatə edərsə, səhmlərin ümumi dəyəri təxminən 18,35 milyard dollar təşkil edə bilər.
Qeyd edək ki, Maskın açıqladığı təşəbbüsün həyata keçirilmə mexanizmi və səhmlərin uşaqlara hansı qaydada veriləcəyi barədə əlavə məlumat açıqlanmayıb.
















