Viktor Orban Bakıda
Macarıstanın Baş naziri Viktor Orban BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.