Borrell: Avropa təhlükədədir
1xeber.media xəbər verir ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sözlərinə görə, Avropa ciddi təhlükələrlə üz-üzədir və hər dörd ildən bir ABŞ-da seçicilərin rəyindən asılı ola bilməz.
“Avropa təhlükədədir və avropalılar öz məsuliyyətlərini götürməlidirlər. Biz dörd ildən bir amerikalı seçicilərin əhval-ruhiyyəsindən asılı ola bilmərik. Son illərdə mən bəzən səhrada təbliğ etmək hissini yaşayıram. İnsanlar daha çox müdafiə qabiliyyətinə malik olmalıyıq deyə düşünməyə başlaması üçün Ukraynadakı müharibə lazım oldu”, - deyə siyasətçi qeyd edib.
Borrell bildirib ki, Aİ vətəndaşlarına dövlətin müdafiə xərclərinin artırılmasının zəruriliyini izah etmək vacibdir. O, Avropanın sursat istehsal imkanlarının təxminən 40% artırıldığını açıqlayıb.