Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında saat yarım davam edən telefon danışığı olub.
1xeber.media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xüsusilə, söhbət zamanı Putin Trampla razılaşıb ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə danışıqlar yolu ilə nail olmaq olar.
Bundan əlavə, tərəflər razılaşıblar ki, Rusiya hərbi əməliyyatların dayandırılmasını müzakirə etmək üçün Amerika rəsmilərini qəbul etməyə hazırdır.