Roma Papası Fransiskin hər iki ağciyərində pnevmaniya formalaşıb və onun vəziyyəti “mürəkkəbdir”.
1xeber.media xəbər verir ki, bu haqda rəsmi Vatikan bəyanat yayıb.
“Bu gün (18 fevral) günorta saatlarında Müqəddəs Ata növbəti kompüter tomoqrafiyası müayinəsindən keçib və onda ikitərəfli pnevmaniyanın başlanğıc mərhələsi izlənilib, əlavə dərman terapiyası zərurəti yaranıb”, - deyə Vatikanın bəyanatında deyilir.
88 yaşlı pontifik bir həftədən çoxdur ki, Romanın Gemelli xəstəxanasında müalicə alır. Buna qədər ona respirator infeksiya diaqnozunun qoyulduğu bildirilirdi