Gürcüstan prezidenti ölkədə siyasi böhran elan edib
1xeber.media xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə siyasi böhran elan edib. Onun sözlərini TASS yayıb.
Salome Zurabişvili gürcü dövlət və siyasət xadimi, 2018-ci ildən Gürcüstanın prezidenti və bu ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Keçmiş fransız diplomatı.
Salome Zurabişvili Gürcüstanın xarici işlər naziri kimi özünün əsas uğurlarından birini Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılması hesab edir. 2005-ci ildə Xarici İşlər Nazirliyinin rəhbəri Vahid Milli Hərəkat partiyasını və onun lideri Nino Burcanadzeni tənqid etdikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. Daha sonra diplomat 2006-cı ildə “Gürcüstanın yolu” adlanan müxalifət partiyası yaratdı.
Zurabişvili ABŞ-ı Tbilisinin əsas müttəfiqi hesab edib, eyni zamanda Rusiya ilə münasibətlərin normallaşmasının tərəfdarı olub. 2010-cu ildə o, Gürcüstanda demokratiyanın olmadığını vurğulayaraq siyasətdən getdiyini elan edib.
2018-ci ildə Gürcüstanda keçirilən prezident seçkilərində Salome Zurabişvili qalib gəlib.