Üçüncü Rusiya-Afrika sammiti 2026-cı ildə keçiriləcək
1xeber.media xəbər verir ki, Üçüncü Rusiya-Afrika sammiti 2026-cı ildə keçiriləcək. Bu barədə noyabrın 11-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilmiş Rusiya-Afrika Tərəfdaşlıq Forumunun birinci nazirlər konfransı iştirakçılarının birgə bəyanatında deyilir.
“Rusiya-Afrika Tərəfdaşlıq Forumunun ilk nazirlər konfransının iştirakçıları əməkdaşlığın dərinləşdirilməsi və 2026-cı ildə keçiriləcək üçüncü Rusiya-Afrika Sammitinin uğurunu təmin etmək üçün birgə işləməyə sadiq olduqlarını bildirirlər”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, sənəddə qeyd edilir ki, Rusiya və Afrika ölkələri terrorizm və ekstremizmlə mübarizə, ekoloji problemlərin, ərzaq və informasiya təhlükəsizliyi ilə bağlı məsələlərin həlli istiqamətində səyləri əlaqələndirəcək ən yüksək səviyyədə dialoq mexanizmi yaratmağa hazırdırlar.
Bəyanatda həmçinin vurğulanıb ki, Rusiya Federasiyası və Afrika ölkələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə Afrika İttifaqı arasında regional təhlükəsizliyi və sabitliyi təmin edən və qoruyan qarşılıqlı fəaliyyət üçün böyük potensial görürlər.