Yaponiya şahzadəsi öldü
Yaponiya şahzadəsi Yuriko Mikasa 101 yaşında vəfat edib.
1xeber.media ölkənin “NHK” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiya İmperator Evi İdarəsi yayıb.
Bildirilib ki, o bu səhər vəfat edib. Mikasa imperator Hirohitonun kiçik qardaşı şahzadə Takahitonun həyat yoldaşı olub.
Onu da qeyd edək ki, Hirohito Yaponiyanın hazırkı imperatoru Naruhitonun babası olub.