Çeçenistanın rəhbəri Ramzan Kadırov vəzifəsindən azad olunmasını istəyib.
1xeber.media xəbər verir ki, bu barədə o, “Chechnya Today” informasiya agentliyinə danışıb.
“Vəzifədən azad olunmağımı özüm xahiş edirəm. Yeni rəhbərin öz təşəbbüsləri, öz baxış bucağı olacaq. Ümid edirəm ki, bu istəyim dəstəklənəcək”, – deyə Kadırov vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ramzan Kadırovun səhhətinin pisləşməsi və bu münasibətlə vəzifədən getmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı. İddia edilir ki, o bu posta oğlu Adam Kadırovun gəlməsini istəyir.