Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycan Prezidenti İlham Əliyevin Fransa vətəndaşını əfv etməsini alqışlayıb.
1xeber.media Report-a istinadən xəbər verir ki, o, bu barədə X hesabında yazıb.
"Evə xoş gəldin, Teo Klerk. Onun Azərbaycandan azad edilməsi sakit diplomatiyanın və hörmətlə yanaşmanın nəyə nail ola biləcəyini göstərir", - siyasətçi qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin Teo Klerki Kallasın xahişi ilə əfv etdiyi barədə bundan öncə məlumat yayılmışdı.