Son dəqiqə: Netanyahu ilə bağlı həbs qərarı
Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) İsrail Baş naziri Benyamin Netanyahunun həbsinə order verib.
1xeber.media Teleqraf.coma istinadən xəbər verir ki, beynəlxalq məhkəmə İsrail rəhbərini Qəzzada hərbi cinayətlərdə ittiham edir.
Barəsində həbs qərarı verilənlər arasında İsrail müdafiə naziri Yoav Qallant da var.
Order sözügedən şəxslərin Qəzzada müharibə cinayətləri törətdiyi iddiası ilə verilib
Məhkəmə həmçinin 7 oktyabr 2023-cü ildə müharibəyə səbəb olan qırğınla bağlı Məhəmməd Diab İbrahim əl-Məsri (Məhəmməd Deyf) barəsində həbs qərarı çıxarıb. İsrail Deyfi hava hücumunda öldürdüyünü bildirsə də, HƏMAS heç vaxt hərbi qanadının rəhbərinin ölümünü rəsmi olaraq təsdiqləməyib.