1xeber.media xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.
“NATO-nun baş katibi Mark Rutte cümə günü Floridada ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla ilk görüşünü keçirib. Onlar alyansın üzləşdiyi qlobal təhlükəsizlik çağırışlarının bütün spektrini müzakirə ediblər”, - bəyanatda deyilir.
Qeyd olunur ki, bu cür ifadələr adətən Ukraynada münaqişə və Çinlə qarşıdurmanı nəzərdə tutur.
Noyabrın əvvəlində məlum olmuşdu ki, Tramp Milli Kəşfiyyatın keçmiş direktoru Riçard Qreneli Ukraynadakı münaqişə üzrə xüsusi nümayəndə vəzifəsinə təyin etməyi düşünür.