NATO-nun baş katibi Rutte Ukraynanın mövqeyini itirdiyini etiraf edib
1xeber.media xəbər verir ki, Ukrayna cəbhədə məğlubiyyətə uğrayır və ərazi itirməkdə davam edir. Bunu NATO-nun baş katibi Mark Rutte Varşavada keçirdiyi mətbuat konfransında deyib.
Rutte deyib: “Biz əmin olmalıyıq ki, Ukraynaya hərbi yardım axını davam edir və biz onu ərazi itirdiyi mövqedən cəbhəni sabitləşdirmək, sonra isə ərazini bərpa etmək mövqeyinə keçirə bilərik”.
Bundan əlavə, o vurğulayıb ki, Şimali Atlantika Alyansı tərəfindən Kiyevə dəstək son dərəcə vacib məsələ olaraq qalır. Baş katibin sözlərinə görə, NATO Rusiya və Çin kimi müdafiə istehsalını artırmalıdır.