Ukrayna çox güman ki, heç vaxt alman “Taurus” qanadlı raketlərini almayacaq, çünki onların sayı çox azdır və Berlin nə onların istehsalını bərpa etməyi, nə də onları əvəz edəcək yeni nəsil raketlər yaratmağı planlaşdırır.
1xeber.media xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Katkov bildirib.
O, Almaniya hökumətinin bu yaxınlarda “Taurus” raketlərinin vəziyyətini yoxlamaq və onlara texniki xidmət göstərmək üçün müqavilə imzaladığını xüsusilə vurğulayıb:
“Bu işin məqsədi onların xidmət müddətini ən azı 2045-ci ilə qədər uzatmaqdır”.