5 avqust 2025-ci il qeydə alınan ən qısa günlərdən biri olacaq.
1xeber.media xəbər verir ki, bu barədə “Timeanddate.com” saytı məlumat yayıb.
“5 avqust 2025-ci il tarixində Yer kürəsində gün 24 saatdan 1.25 millisaniyə daha qısa olacaq. Bu da həmin günü yalnız 2025-ci ilin deyil, həm də ölçmələrin aparıldığı dövrdən bəri qeydə alınmış ən qısa günlərdən birinə çevirir”, - məlumatda bildirilib.
Məlumata görə, bu fərq gündəlik həyatda hiss olunacaq qədər böyük olmasa da, alimlər üçün ciddi elmi maraq doğurur. Çünki son illərdə Yer kürəsinin fırlanma sürətində gözlənilməz dəyişikliklər müşahidə olunur.
Mütəxəssislərin fikrincə, Yer kürəsinin fırlanma sürətindəki bu dəyişikliklər vaxt ölçmə sistemlərinə, xüsusilə də “saniyə sıçrayışları” (leap second) kimi düzəlişlərə ehtiyac doğura bilər.