Rusiya Ukraynaya qarşı müharibədə “hava atəşkəsi”ni ABŞ Prezidenti Donald Trampa güzəşt kimi qiymətləndirir. Kreml bununla ikinci dərəcəli sanksiyalar təhlükəsinin qarşısını almaq istəyir.
1xeber.media xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazıb.
Agentlik qeyd edir ki, Rusiya hələ də Ukraynaya qarşı müharibəni davam etdirmək əzmindədir.
Mənbələrdən biri əlavə edib ki, potensial təkliflərdən biri gərginliyin azaldılması jesti olaraq Ukraynaya qarşı pilotsuz təyyarələr və raketlərdən istifadə edərək hava zərbələrinin dayandırılması ola bilər. Lakin Moskva bu addımı o zaman atacaq ki, Ukrayna da analoji saziş imzalasın.