Rusiya qoşunları Donetskdə daha bir yaşayış məntəqəsini nəzarətə götürüb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Silahlı Qüvvələr vilayətin Yablonovka kəndini nəzarətə alıb.
Xatırladaq ki, rusiyalı hərbçilər bundan əvvəl Donetsk vilayətindəki Aleksandro-Kalinovo yaşayış məntəqəsini nəzarətə götürüblər.