Rusiya ordusu Donetsk vilayətinin Konstantinovka şəhərində yerləşən bazarı "Smerç" raket sistemi ilə atəşə tutub.
1xeber.media xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyası məlumat yayıb.
Hücum nəticəsində 3 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Hadisə zamanı 15 ticarət pavilyonu, 8 fərdi ev, 6 çoxmərtəbəli bina, bir mağaza, 2 avtomobil və elektrik xətti zədələnib.