Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyanın xarici işlər naziri Ayman Safadi və Fələstin vitse-prezidenti Hüseyn Şeyx ilə telefon danışığı aparıb.
1xeber.media xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Məlumata görə, Fidan və İordaniya XİN rəhbəri arasında Fələstin məsələsi, Qəzzada humanitar vəziyyət və Suriyanın cənubundakı hadisələrlə bağlı məsələlər müzakirələr aparılıb.
Fələstin vitse-prezidenti Hüseyn Şeyxlə müzakirədə isə Fələstin dövlətinin tanınması istiqamətindəki səylər qiymətləndirilib.