Bayden qalib gəlmədi. O, pis uduzdu. O, dəhşətli prezident idi.
1xeber.media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Daily Caller” nəşrinə müsahibəsində deyib.
“Bayden deyir ki, o, doqquzuncu mərhələ xərçəng xəstəsidir. Heç vaxt dördüncü mərhələdən artıq xərçəng eşitməmişəm. Dördüncü mərhələ ən yüksəyidir. Dördüncü mərhələdəsənsə, ölüsən”, - Tramp vurğulayıb.
Daha sonra üzünü otaqdakı digər şəxslərə tutaraq soruşub: “Belə şey eşitmişiniz?”
Ağ Evin mətbuat katibi və kommunikasiya direktoru isə heç vaxt doqquzuncu mərhələ xərçəng eşitmədiklərini qeyd ediblər.