Gürcüstanda hakimiyyəti zorla ələ keçirmək üçün cəhd edilir.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayıb.
Bildirilib ki, bunda konkret partiyalar, qeyri-hökumət təşkilatları maraqlıdır.
Sənədin mətninə əsasən, xüsusi xidmət orqanları Gürcüstanda konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədilə sui-qəsd və ya üsyan maddəsi ilə araşdırma aparır. İdarə hesab edir ki, davam edən aksiyalar zamanı konkret siyasi partiyaların rəhbərləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri təxribatlar təşkil etməyə çalışırlar. Dövlət Təhlükəsizliyi Xidməti nümayişçiləri onlara hücum etməməyə çağırıb, həmçinin onlara bu maddə ilə 5 ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğunu xatırladıb.
Gürcüstanın paytaxtında hakimiyyətin 2028-ci ilə qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırmaq qərarına görə etirazlar noyabrın 28-dən davam edir. Eyni zamanda polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməklə parlament binası yaxınlığında etirazçıları dağıdıb. Aksiya iştirakçıları, jurnalistlər və hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıb.