NATO ölkələri Rusiyanın onları qorxutmasına imkan verməyəcək.
1xeber.media xəbər verir ki, bunu sentyabrın 22-də Rusiyanın MiQ-31 qırıcılarının Estoniyanın hava məkanına daxil olmasından sonra BMT Təhlükəsizlik Şurasının çağırdığı fövqəladə iclasında Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
Sikorski xatırladıb ki, Rusiya qırıcı təyyarələri PUA-ların ölkəsinə hücumundan bir həftə sonra Estoniyanın hava məkanını pozub.
O bildirib ki, bu cür pozuntular şübhə yaradır, çünki onlar Rusiyanın uzun illərdir Qərbə qarşı apardığı hibrid müharibənin eskalasiyasını təşkil edir:
"BMT Təhlükəsizlik Şurasının məsuliyyəti var ki, bu cür təxribatlara dözməyəcəyimizi açıq şəkildə bildirsin. Mən Rusiya nümayəndələrinə deyirəm: biz bilirik ki, siz beynəlxalq hüquqa əhəmiyyət vermirsiniz və qonşularınızla sülh şəraitində yaşamağa qadir deyilsiniz".