Rusiya bomba sığınacağının belə qoruya bilməyəcəyi silahlardan istifadə edə bilər. Bunu bilmək lazımdır.
1xeber.media xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
“Kiyevli narkoman (Vladimir Zelenski nəzərdə tutulur – red.) deyib ki, Kreml bomba sığınacağının harada olduğunu bilməlidir ki, o, Amerikanın uzaqmənzilli silahlarından istifadə edəndə gizlənə bilsin. Axmaq bir şeyi bilməlidir: Rusiya bomba sığınacağının qoruya bilməyəcəyi silahlardan istifadə edə bilər. Amerikalılar da bunu yadda saxlamalıdırlar”, - Medvedyev bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kreml rəsmilərini ya müharibəni bitirməyə, ya da bomba sığınacağını seçməyə çağırmışdı.