Ukraynanın ərazi bütövlüyünü bərpa etmədən də NATO-ya daxil olması mümkündür.
1xeber.media xəbər verir ki, bu fikri Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Tsahkna bildirib.
Tsahkna NATO xarici işlər nazirlərinin Brüssel görüşündə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, “Bunun üçün keçmişdə Qərbi Almaniya nümunəsi var”.
Nazir onu da qeyd edib ki, Ukrayna münaqişəsinə də tezliklə son qoyulmalıdır.