Livan hakimiyyəti Suriya ilə sərhəddə yerləşən Əl-Məsna keçid məntəqəsini müvəqqəti bağlayıb.
1xeber.media xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb.
Qeyd edək ki, İsrail də ölkədəki qarşıdurma ilə bağlı Suriya sərhədlərini gücləndirib.