Suriya prezidenti Bəşər Əsəd ölkəni tərk etməzdən əvvəl Misir, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) liderlərindən kömək istəyib.
Bu barədə "The Economist" mənbələrinə məlumat verilib.
Nəşrin məlumatına görə, Əsəd BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyana şəxsən müraciət edib. O, Misir, İordaniya və digər ölkələrin liderləri ilə də əlaqə saxlayıb.
Lakin Əsədin həmsöhbətlərindən heç biri ona hakimiyyəti saxlamağa kömək etmək arzusunu ifadə etməyib. “O, hər kəsə döyüşmək istədiyini deyir. Problem ondadır ki, heç kim onun uğrunda döyüşmək istəmir”, - mənbə bildirib.
Qeyd edək ki, Rusiya Bəşər Əsədə siyasi sığınacaq verob. O, ailəsi birlikdə Moskvaya gedib.