1300-dən çox erməni yük maşını Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” keçid məntəqəsini keçmək üçün gözləyir.
1xeber.media xəbər verir ki, bu barədə Şimali Osetiyanın Yol hərəkətinin təşkili mərkəzi məlumat yayıb.
Bildirilib ki, yol açıq olsa da, bəzi yerlər buz bağlayıb, buna görə də böyük tıxaclar yaranıb.
Ümumilikdə müxtəlif ölkələrdən gələn 4600-ə yaxın yük maşını növbəyə dayanıb.