İlk 9 ayda ticarət dövriyyəmiz 900 milyon dollar təşkil edib.
1xeber.media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Botçorişvili ilə birgə mətbuat konfransında deyib.
“Ticarət dövriyyəmiz keçən illə müqayisədə artıb. Hazırkı durum ilin yekununda ticarət dövriyyəmizin 1 milyardı ötəcəyini deməyə əsas verir”,- deyə nazir bildirib
Nazir bildirib ki, Azərbaycandan Gürcüstana 4 milyard dollar investisiya qoyulub və bunun 2,1 milyardı SOCAR tərəfindən edilib. O, qeyd edib ki, Gürcüstandan Azərbaycana isə 460 milyon ABŞ dolları investisiya yatırılıb.
















