ABŞ administrasiyası İsrailin İranın neft infrastrukturuna endirdiyi zərbələrin miqyasından narazılığını bildirib.
1xeber.media xəbər verir ki,Axios portalının məlumatına görə, Vaşinqton İsrailin şənbə günü “İranda 30 yanacaq anbarına zərbə endirəcəyini” gözləmirdi.
Nəşr qeyd edir ki, bu hadisə müharibənin başlanmasından bəri müttəfiqlər arasında ilk ciddi fikir ayrılığına səbəb olub. ABŞ tərəfi hesab edir ki, belə hücumlar İran cəmiyyətini daha da birləşdirə, Tehrandakı hakimiyyətə dəstəyi gücləndirə və neft qiymətlərinin artmasına gətirib çıxara bilər.
Məlumata görə, İsrail həmin obyektlərə zərbə endirmək planı barədə Vaşinqtonu əvvəlcədən məlumatlandırmışdı. Lakin ABŞ hərbçiləri hücumların bu qədər geniş miqyas alacağını gözləmirdilər.
Amerikalı rəsmilərdən biri bildirib: “Biz bunun yaxşı ideya olduğunu düşünmürük”.
Axios yazır ki, Vaşinqton və Təl-Əviv bu məsələ ilə bağlı məsləhətləşmələr aparmağı planlaşdırır.
Bundan əlavə, 10 mart tarixində ABŞ prezidentinin kürəkəni Cared Kuşner və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun İsrailə səfəri planlaşdırılır.

















