Ukrayna Prezidenti Vladimir Zelenski ikinci dəfə prezidentliyə mümkün namizədliyi ilə bağlı suala cavab verib.
1xeber.media xəbər verir ki, o, TSN telekanalına verdiyi müsahibədə prezidentliyə yenidən namizədliyini hələ dəqiqləşdirmədiyini bildirib.
"Vəziyyətin necə bitəcəyini bilmirəm. Əgər mən daha çoxunu etsəm, o zaman, bəlkə, bu qərara daha müsbət yanaşaram. Bugün bu mənim məqsədim deyil", - deyə Zelenski qeyd edib.