“Rusiya Qazaxıstanda qəzaya uğrayan təyyarənin səbəblərinin obyektiv şəkildə araşdırılmasında maraqlıdır”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov Rusiyanın qəzanı araşdıran müvafiq komissiyanın işinin nəticələrini gözləyir:
“Moskva qəzanın səbəblərinin araşdırılmasında maraqlıdır. Biz Qazaxıstanda məsələnin üzərində işləyən müvafiq komissiyanın araşdırmasının nəticəsini gözləyirik. Mütəxəssislərimiz də onlarla əməkdaşlıq edir. Yerli istintaq orqanlarına da lazımı göstəriş verilib. Bütün lazımı əməkdaşlıq və dəstək göstərilir.
Rusiya Prezidenti Vladimir Putin də Aktauda qəzaya uğrayan təyyarəyə görə üzr istəyib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə bu mövzuda iki dəfə telefonla danışıb”.