İstanbuldan Moskvaya uçan təyyarə Həştərxanda məcburi eniş edib.
Xarici KİV xəbər verir ki, reysdə olan bütün sərnişinlər hava limanının terminalına təxliyə edilib.
Təcili enişin ilkin səbəbi uçuş zamanı təyyarədə nasazlığın baş verməsi olub.
Qeyd olunur ki, paytaxta sərnişinləri götürmək üçün Moskvadan başqa reys saat 2-də gəlməlidir.