Lukaşenko müharibələri dayandıracağı təqdirdə Trampa Nobel mükafatını verməyi təklif edib
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Donald Tramp ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra müharibələri dayandırsa, onun Nobel mükafatına namizədliyi irəli sürülməli olacaq.
Lukaşenko müharibələri dayandıracağı təqdirdə Trampa Nobel mükafatını verməyi təklif edib
Lukaşenko xatırladıb ki, Tramp seçki kampaniyası zamanı müharibələri dayandırmaq üçün hər şeyi edəcəyini vəd edib.
“Əgər bunu etsə, Nobel mükafatı üçün petisiya göndərəcəyik, yaxşı iş gördüyünə görə mükafatlandırılacaq” dedi.
Bukmeker kontorları Trampın 90 gün ərzində Ukrayna münaqişəsini həll edə biləcəyi ilə bağlı mərcləri götürməyə başlayıb.