Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə telefonla Suriyadakı vəziyyəti müzakirə edib.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 30-da Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“Xarici siyasət idarələrinin rəhbərləri Suriyadakı vəziyyətə xüsusi diqqət yetirməklə, regional gündəliyin bir sıra aktual məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.
Bildirilir ki, nazirlər Yaxın Şərqdəki böhranın həlli üçün səylərin birləşdirilməsi ilə bağlı ümumi mövqelərini təsdiqləyiblər.