Serbiya hakimiyyəti Rusiya Baş Prokurorluğunun tələbi ilə qeyri-qanuni miqrasiyanı təşkil etməkdə ittiham olunan Ara Bağdasaryanı Rusiyaya ekstradisiya edir.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 30-da Rusiya departamentinin saytında məlumat verilib.
İstintaqın məlumatına görə, həmin şəxs və bir qrup şəxs 2021-ci ilə qədər Rusiya ərazisindən əcnəbilərin qanunsuz miqrasiyasını, o cümlədən Rusiya ərazisindən qanunsuz keçməklə Hindistan vətəndaşlarının Meksikaya miqrasiyasını asanlaşdırıb.
“Baqdasaryan hüquq-mühafizə orqanlarından gizlənib. Rusiya Baş Prokurorluğunun göstərişi ilə o, 2024-cü ilin iyulunda beynəlxalq axtarışa verilib. Ekstradisiya sorğusu onun 2024-cü ilin oktyabrında Serbiya ərazisində saxlanması ilə bağlı göndərilib”, - idarədən aydınlıq gətirilib.