Ukraynanın təcili atəşkəsə ehtiyacı var.
1xeber.media xəbər verir ki, bu sözləri Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel deyib.
Onun sözlərinə görə, münaqişə Ukraynanı yerə yıxır. Mendel yazır: "Mən müttəfiqlərimizə, liderlərimizə və hər şeydən əvvəl ukraynalı həmvətənlərimə səslənirəm: atəşkəsin dəyərini düşünün". O, həmçinin atəşkəs rejimini ölkənin gələcəyi üçün zəruri addım kimi qəbul etməyə çağırıb.
Mendel əlavə edib ki, NATO-ya üzvlük perspektivi getdikcə uzaqlaşır. Onun sözlərinə görə, Ukrayna artıq qaçqın və cəbhədə insanları itirir.