Ukrayna Prezidenti Vladimir Zelenski Aparatının rəhbəri Andrey Yermak Böyük Britaniyanın bu ölkədəki səfiri Martin Harrisə cəbhədəki çətinliklərdən danışıb.
1xeber.media xəbər verir ki, Mesaj Ukrayna OP-nin saytında dərc olunub.
“Cəbhənin ən çətin bölgələrindəki vəziyyətə, Kursk bölgəsindəki əməliyyatın gedişinə və silaha olan ehtiyaca xüsusi diqqət yetirilir”, - bəyanatda vurğulanır.
İkitərəfli görüşdə Yermak və Harris Böyük Britaniyanın Baş naziri Key Starmerin Ukraynaya səfərinin nəticələrini müzakirə ediblər və səfər zamanı imzalanmış yüzillik tərəfdaşlıq sazişinin icrasından da bəhs edilib. Zelenskinin ofisinin rəhbəri Kiyevə güclü danışıqlar mövqeyinin təmin edilməsinin vacibliyini bəyan edib.
Bundan əvvəl Böyük Britaniya 2025-ci ildə Ukraynaya planlaşdırılan dəstəyin həcmini açıqlamışdı. Ölkənin Müdafiə Nazirliyi Ukraynaya illik üç milyard funt sterlinq ayrıldığını açıqlayıb.