Şuşa şəhərinin keçmiş icra başçısı olan Mikayıl Gözəlovun məzarının görüntüləri yayılıb.
Görüntülərdən erməni işğalı dövründə həm Mikayıl Gözəlovun, həm də ətrafındakı məzarların dağıntılara məruz qaldığı öz əksini tapıb.
Xatırladaq ki, M.Gözəlov Şuşanın və Qarabağdakı digər yaşayış məntəqələrinin müdafiəsində mühüm rol oynayıb. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.
1991-ci ilin dekabrın 11-də Şuşadakı iş otağında güllələnərək öldürülüb.