Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən əsirlikdən azad edilən 65 yaşlı ABŞ və İsrail vətəndaşı Keyt Seqal hərbçilərin müşayiəti ilə İsrailə gəlib.
1xeber.media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Geri qaytarılan girov Keyt Siqal İDF qüvvələri ilə birlikdə İsrail sərhədini keçib”, Telegram-da dərc olunan mesajda deyilir.
Həmin şəxsin hazırda İsrailin cənubundakı ilk qəbul mərkəzinə getdiyi və burada ailə üzvləri ilə görüşəcəyi dəqiqləşib. “New York Post” qəzetinin yazdığına görə, həmin şəxs 484 gün əsirlikdə olub və atəşkəs razılaşmasına əsasən azad edilən ilk ABŞ vətəndaşı olub. O, 2023-cü ilin noyabrında azad edilmiş həyat yoldaşı Aviva ilə birlikdə qaçırılıb.