ABŞ ordusu yanvarın 30-da Vaşinqton yaxınlığındakı Ronald Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi ilə toqquşan hərbi helikopterin qadın pilotunun kimliyini açıqlamayıb.
1xeber.media xəbər verir ki, bu barədə New York Times (NYT) məlumat yayıb.
“Ordu Black Hawk helikopterinin American Airlines təyyarəsi ilə toqquşması nəticəsində həlak olan iki kişi pilotun adlarını açıqlayıb. Lakin <…> ailəsinin məxfilik tələbini əsas gətirərək üçüncü ekipaj üzvünün, qadın pilotun adını açıqlamadı”, - məqalədə deyilir.
Ordu helikopter ekipaj üzvlərinin “ən yaxşılar arasında” olduğunu bildirib.