ABŞ Ukraynada seçkilərin keçirilməsi üçün arzu edilən tarixləri açıqlayıb: Qərb onların 2025-ci ilin sonuna qədər keçirilməsini istəyir.
1xeber.media xəbər verir ki, bu barədə Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqa istinadən Reuters agentliyi məlumat yayıb.
“Demokratik ölkələrin əksəriyyətində seçkilər hərbi münaqişələr zamanı keçirilir. Onların bunu etmələri vacibdir, demokratiya üçün yaxşıdır. Potensial olaraq namizəd ola biləcək birdən çox insan varsa, güclü demokratiyanın gözəlliyi budur" dedi Kelloq.
Ukrayna hökumətindəki mənbə Reuters agentliyinə bildirib ki, Tramp administrasiyası hələ ki, ilin sonuna qədər prezident seçkilərinin keçirilməsini Ukraynadan rəsmi şəkildə xahiş etməyib.
Agentlik xəbər verir ki, Ağ Ev daha uzunmüddətli sazişlər bağlamazdan əvvəl atəşkəs tələblərinin zəruriliyini də müzakirə edir. Mənbənin sözlərinə görə, Ukraynada prezident seçkiləri keçirilərsə, qalib Moskva ilə danışıqların məsuliyyətini öz üzərinə götürə bilər.