İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Belçikadakı səfir Alberto Antonu Madriddə illik diplomatik konfransda çıxışı zamanı yuxuya getdiyinə görə işdən çıxarıb.
1xeber.media axar.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın “İgeteo.MX” nəşri məlumat yayıb.
Daha sonra Alberto Antonun əsnəyən və yatmış vəziyyətdə olduğu görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məlumatda həmçinin qeyd olunur ki, İspaniyada Xose Manuel Albares qeyri-rəsmi olaraq “Kiçik Napaleon” ləqəbi ilə tanınır, çünki o, işində sərt və prinsipial yanaşması ilə seçilir