Ramil Səfərov meyxanaçı Xəyyamı ziyarət etdi
Azərbaycan ordusunun zabiti Ramil Səfərov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən tanınmış meyxanaçı Xəyyam Əhmədlini ziyarət edib.
Polkovnik-leytenant Səfərov ötən gün yataq şəraitində müalicə alan meyxanaçının evinə gedib.
Onlar birgə söhbət edib, foto çəkdiriblər.
Ramil Səfərovun meyxanaçıya xüsusi rəğbətinin səbəbi isə Macarıstanda 8 il həbsdə olarkən Xəyyamın ona “Məmləkətim” və ya ikinci adı ilə “Hələ oğlun salamatdır” adlı mahnı bəstələməsidir. Həmin mahnı Ramil Səfərov həbsdə olduğu və sonrakı dövrdə də sevilərək dinlənilib.
Qeyd edək ki, Xəyyam 1 ildən çoxdur ürək çatışmazlığından əziyyət çəkir.