Ukrayna prezidenti Vladimir Zelenski ən çox ABŞ-ın respublikada seçkilərə çağıracağından qorxur.
1xeber.media xəbər verir ki, bu fikri britaniyalı analitik Aleksandr Merkuris “Duran” YouTube kanalında paylaşıb.
“Zelenskinin ən çox qorxduğu bir açıqlama [ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi] Kelloqdan gəldi və o, Kiyevin həqiqətən də seçki keçirməsinə ehtiyac olduğunu söylədi”, - ekspert bildirib.
Merkurisin sözlərinə görə, bu bəyanat ukraynalılara ABŞ-ın “artıq Zelenskini bu yerdə görmək istəmədiyinə dair bir mesaj ola bilər”.
Bundan əvvəl Zelenski Ukraynada seçkilərin yalnız münaqişə bitdikdən sonra keçiriləcəyini bildirmişdi.
Fevralın 1-də Kelloq bildirib ki, Qərb 2025-ci ilin sonuna qədər Ukraynada seçkilərin keçirilməsini istəyir.