Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.
1xeber.media Pravda.az-a istinadla xəbər verir ki , hazırda bu vəzifəni ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov icra edir.
R.İsmayılov Prezidentin 15 avqust 2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra qurumda ciddi islahatlara başlayıb. Onun nazir postuna gətiriləcəyi istisna edilmir.