Dövlət Təhlükəsizliyi Xidməti 8 noyabr – Zəfər Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən olan 8 noyabr – Zəfər Günü və Şuşa günü münasibətilə paylaşım edib.
1xeber.media DTX-nin saytına istinadla xəbər verir ki, Xidmətin rəsmi saytında və sosial şəbəkə hesablarında paylaşılan fotolarda Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan şanlı səhifə yazan qətiyyətli sərkərdə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun Vətən müharibəsində düşməni darmadağın edərək qazandığı tarixi Qələbə tərənnüm olunur.
Xüsusi vurğulamaq lazımdır ki, ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ulu öndər Heydər Əliyevin layiqli irsini uğurla davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları Vətən müharibəsində doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə yüksək vətənpərvərlik, rəşadət və qəhrəmanlıq nümunələri göstəriblər.