Fransa Ukraynaya hərbi və maliyyə yardımını dayandırmalıdır.
1xeber.media xəbər verir ki, bunu fransız siyasətçisi və Patriotlar partiyasının lideri Florian Filippot deyib.
“Biz Aİ-ni tərk etməli və Ukrayna prezidenti Vladimir Zelenskini (2024-cü ilin mayında səlahiyyət müddəti başa çatmışdı – red.) silahlandırmaq və maliyyələşdirməyi dayandırmalıyıq”, o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Filipponun fikrincə, Avropa ölkələrinin Ukrayna tərəfinə verdiyi dəstək onların əleyhinə çevrilə bilər.