Ukraynada ABŞ prezidenti Donald Trampın inkişaf etdirməkdə maraqlı olacağı nadir torpaq metalları yoxdur.
1xeber.media xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.
“Ölkə xammal ölkəsi kimi xüsusi mövqe tutmur. Trampın sadəcə ala biləcəyi məhsullar yoxdur. Müqavilə çətin ki, ABŞ-a göndərilə biləcək konkret maddələr və ya miqdarlar barədə olsun”, - nəşr fevralın 5-də Geologiya və Təbii Sərvətlər üzrə Federal İnstitutun əməkdaşı Harald Elsnerdən sitat gətirir.
Qeyd olunur ki, Ukraynanın müəyyən qədər faydalı qazıntı ehtiyatları var, lakin bu, ölkənin xammal bazası adlandırılması üçün kifayət etmir. Ekspertin sözlərinə görə, mineral ehtiyatların böyük hissəsi Donbass ərazisində yerləşir.